Müğənni Rəqsanə İsmayılova Moskvada tikdirdiyi şadlıq sarayının açılışına hazırlaşır.
Axar.az xəbər verir ki, müğənni bu haqda rəsmi İnstaqram səhifəsində yazıb. O, çox həyəcanlı olduğunu bildirib:
“Allah hər kəsə bol ruzi versin, işləri avand olsun. Mənim dəyərli ansamblımla, Rusiya, Azərbaycan və Türkiyə şou-biznes nümayəndələrinin iştirakı ilə açılışımız olacaq. Tezliklə 700 nəfərlik restoranımız təntənəli açılış konserti ilə qonaqların ixtiyarına veriləcək”.