Dünya birjalarında neft bahalaşmaqda davam edir.
Axar.az xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.
İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,60 dollar artaraq 16 aylıq fasilədən sonra 55,06 dollara çatıb.
Neftin bahalaşmasına səbəb OPEK üzvlərinin Vyana görüşündə hasilatın azaldılmasına dair əldə etdiyi razılaşmadır.