Türkiyə və Rusiya arasında tarixi imza atılıb.
Musavat.com-un məlumatına görə, Qara Dənizin altından keçərək rus qazını şərqdən cənub-şərq və Avropaya daşıyacaq “Türk axını” layihəsi Tükiyənin enerji naziri Berat Albayrakla Rusiyanın enerji naziri Aleksandr Novak tərəfindən imzalanıb. Layihənin inşasına 12.5 milyard dollar xərclənəcəyi gözlənilir.
İlk xəttin 2019-cu ilə qədər tamamlanacağı ehtimal edilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci xəttin inşasının Avropadakı vəziyyətdən asılı olduğunu deyib.
Musavat.com