ABŞ “soyuq müharibə” dövründə Qrenlandiyada SSRİ-yə qarşı istifadə etmək üçün buz təbəqəsinin altına hərbi baza qurubmuş.
Avropa.info xəbər verir ki, Danimarkanın bu tikintiyə icazə verməsinin səbəbi isə “elmi araşdırmalar” aparılacağını düşünməsi olub. Bu ilin iyun ayında gündəmə gələn xəbərdə buz təbəqəsinin altındakı hərbi bazanın yerində etibarlı bir şəkildə saxlanacağı hesab edilirdi.
Ancaq qlobal istiləşmədən doğan ərimə nəticəsində bu ehtimal aradan qalxıb.
Hazırda Danimarka hökuməti “Project İcevorm” adlandırılan layihə üzərində çalışır ki, bu layihənin də məqsədi nüvə başlıqlı uzaqmənzilli raketlərin buz təbəqəsinin altında araşdırılmasıdır.
Qeyd edək ki, 1959-ci ildə baza yaradılarkən buz təbəqəsi içində tunellər açılıb və buz kütləsindən nümunələr götürülüb. Bütün işlərə isə 1967-ci ildə son verilib. Alınan nümunələr hazırda iqlim tədqiqatlarında istifadə edilir.