Los-Anceles polisi bütün şəhər boyu poçt qutuları və bağlamaları oğurlayan erməni qızı həbs edib.
Milli.Az azvision.az-a istinadən bildirir ki, Taqui Abramyan adlı erməni qız “Mercedes” markalı avtomobillə şəhər boyu gəzərək evlərin giriş qapısına qoyulan bağlamaları oğurlayıb.
Polis tərəfindən təqdim olunan görüntülərdə qadının bağlamanı necə oğurlamasını əks etdirən kadrlar öz əksini tapıb.
Bu videonu zərərçəkənlərdən biri olan Devid Pulido polislərə təqdim edib. Görüntülərə əsasən erməni qız sentyabrın 8-də həbs olunub.
Abramyanın evində axtarış aparan polis 300-ə yaxın sakinin əşyalarını tapıb. Onun 300-ə yaxın evdən oğurluq etdiyi məlum olub.
Müstəntiqlər onun sakinlərin şəxsi məlumatlarını oğurlaya biləcəyini iddia ediblər.