Futbolcu Caner Erkinin evlilik təklifindən sonra sevgilisi Şükran Ovalının sosial şəbəkədə paylaşdığı foto səs-küy yaradıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Ovalının barmağındakı tək qaş nişan üzüyü diqqətdən yayınmayıb. İzləyicilər şəkilin altına “Tək qaş üzük taxıldı. Xeyirli olsun. Canerlə evlənirsiniz” kimi şərhlər yazıb. Qeyd edək ki, Asena Atalaydan boşanan Caner bu yaxınlarda sosial şəbəkədə açıqlama yayaraq, Ovalı ilə sevgili olduqları xəbərini təsdiqləyib.