Türkiyədə Nazirlər Kabinetinin fövqəladə iclası başa çatıb.
Avropa.info xəbər verir ki, iclasdan sonra, baş nazir Binəli Yıldırım mətbuat nümayəndələri qarşısına çıxıb. Yıldırımın açıqlamalarından əsaslarını təqdim edirik: “Yeni konstitusiya üçün bir anlayış birliyini gördük. Kiçik miqyaslı bir konstitusiya dəyişikliyi bazasını hazırlamaq üzrə birgə iş aparacağıq. Ticarət, səyahət, ictimai həyat eynilə davam etməkdədir. Vətəndaşlar gündüz işə, axşamlar da yurdun hər yerində növbələrinə davam edirlər. Qərar verdik ki, bundan sonra, Jandarm təhlükəsizlik komandanlığı, Sahil təhlükəsizlik komandanlığına tabe olacaq”.
Baş nazir daha sonra qeyd edib ki, Boğaziçi körpüsünün də adı dəyişdirilib: “Qərar verdik ki, “Boğaziçi” körpüsünün adı “15 İyul Şəhidlər körpüsü” olaraq dəyişdirilsin.”
Baş nazir bildirib ki, 15 iyulda həlak olanlarla yaralananlara şəhidlik və gazilik adı veriləcək.