İngiltərə millisi 1/8 finalda İslandiya yığması ilə qarşılaşıb.
İngiltərə yığmasının oyunçusu Ueyn Runi matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açdı: 1-0.
İslandiya buraxılan topun əvəzini 6-cı dəqiqədə çıxıb. Siqurdson hesabı bərabərləşdirib: 1-1.
Siqurdson matçın 18-ci dəqiqəsində komandasını irəli keçirib: 1-2. Oyun İslandiyanın 2-1 üstünlüyü ilə başa çatıb. Beləliklə İslandiya 1/4 finala çıxıb, ingilislər isə evlərinə dönməli olub.
***
Qeyd edək ki, komandalar aşağıdakı heyətlə meydana çıxıb:
İngiltərə: 1. Co Hart, 2. Kayl Ualker, 3. Denni Rouz, 5. Qari Kehil, 6. Kris Smollinq, 7. Rahim Sterlinq, 9. Harri Keyn, 10. Ueyn Runi (k), 15. Daniel Staric, 17. Erik Dayer, 20. Dele Alli
Ehtiyat oyunçular: 4. Ceyms Milner, 8. Adam Lallana, 11. Ceymi Vardi, 12. Nataniel Klayn, 13. Fraser Forster, 14. Cordan Henderson, 16. Con Stouns, 18. Cek Uilşir, 19. Ross Barkli, 21. Rayan Bertrand, 22. Markus Raşford, 23. Tom Heaton
İslandiya: 1. Hannes Halldorsson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnason, 9. Kolbein Siqthorsson, 10. Gilfi Siqurdsson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aron Qunnarsson (k), 23. Ari Skülason
Ehtiyat oyunçular: 3. Haukur Heydar Hauksson, 4. Hyörtur Hermannsson, 5. Sverrir İnqason, 11. Alfred Finboqason, 12. Öqmundur Kristinsson, 13. İnqvar Consson, 16. Runar Mer Siquryonsson, 18. Elmar Byarnason, 19. Hordur Maqnusson, 20. Emil Hallfredsson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonsen