1465537442_emir

İngiltərənin məşhur “Daily Mail” nəşri “İnstaqramın zəngin gəncləri” siyahısında türk iş adamına da yer verib.

BAKU.WS məlumat verir ki, Nyu-York və Mayamidə bizneslə məşğul olan Emir Bahadır siyahıda birinci yeri tutub. Lüks həyatını İnstaqramda nümayiş etdirən gənc iş adamının 200 mindən çox izləyicisi var.

Türkiyədən film və bir sıra təkliflər alan Emir Bahadır İngiltərənin nüfuzlu “Channel 4” kanalında şou proqramına aparıcılıq edəcək.

Türk biznesmen bir müddət əvvəl Mayamidə təşkil etdiyi partiyə italyan model Alessandra Pozii də qatılmışdı.