Çinin Xunan vilayətindəki Tyanmenşan milli parkında dünyada ən uzun şüşə körpü tikilib.
Modern.az xarici mediaya istinadən bildirir ki, körpü 300 metr hündürlükdəki Çjantzyatze kanyonu üzərində tikilib və 800 ziyarətçini saxlamaq gücündədir.
Körpünün uzunluğu 393, eni 6 metrdir. Bundan əvvəl tikintinin 2015-ci ilin sonunda başa çatdırılacağı bildirilsə də, bu ilin may ayında istifadəyə verilib.
Bununla belə, körpünün istifadəsi hava şəraitinə görə iyul ayına keçirilib.