İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.
Region TV xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib.
Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb.
Hadisə zamanı 6 baş qoyun tələf olub.
Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər. Hadisə zamanı xəsarət alan S.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.