Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının təhlükəsizlik baxımından 5 ən riskli matçından biri Türkiyə ilə Xorvatiya qarşılaşması olacaq.
Axar.az bildirir ki, bu barədə İngiltərənin “Teleqraf” qəzeti yazıb.
Qəzet qarşılaşmada terror təhlükəsinin olduğunu bildirib.
Qeyd edək ki, Fransa hökuməti çempionat ərzində təxminən 100 min polis, hərbçi və xüsusi təyinatlı qüvvələrin səfərbər ediləcəyini açıqlamışdı.