“Trabzonspor” klubunun baş məşqçisi Hami Mandıralı işindən azad olunub. ANS PRESS-in məlumatına görə, Türkiyə çempionatının 33-cü turunda səfərdə “Antalyaspor” ilə keçirilən matçdan sonra baş məşqçinin dəyişdirilməsinə qərar verilib. Həmin matç trabzonluların 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Klubun rəsmi saytı baş məşqçi ilə yollarının ayrıldığını rəsmən açıqlayıb. Komandanın yeni baş məşqçisinin adının tezliklə ictimaiyyətə açıqlanacağı bəyan olunub. “Antalyaspor” ilə oyunundan sonra baş məşqçimiz Hami Mandıralı ilə yollar ayrıldı. Ona təşəkkür edirik. Bu il yaşananlardan sonra qəbul etdiyimiz kəskin qərarlar ilə “Trabzonspor”u yenidən ayağa qaldıracağıq. Bundan heç kimin şübhəsi olmasın”.
Qovulmuş baş məşqçi Hami Mandıralı oyundan sonra komandanın bütün uğursuzluğunu öz boynuna götürüb.