Çexiya futbolunda kuryoz hadisə yaşanıb. ANS PRESS-in məlumatına görə, çempionatın “Prşibram” – “Slaviya” oyunu qalmaqalla yadda qalıb.
Matçın hakimlərindən ikisi oyun zamanı qeyri-adi davranışları ilə diqqət çəkib. “Prşibram” – “Slaviya” oyununun köməkçi hakimi İrki Yex və dördüncü hakimi Merek Pilinin oyuna içkili vəziyyətdə çıxıb. Bir müddətdən sonra İrki Yex və dördüncü hakim Marek Pilninin sərxoş vəziyyətdə oyunu idarə etdikləri məlum olub.
Görüşün gedişində müvazinətini saxlaya bilməyən Marek Pilni yerə yıxılıb. Çexiya Futbol Federasiyası hər iki referini qeyri-müəyyən müddətə idarəçilikdən kənarlaşdırıb. Onların ömürlük hakimlikdən uzaqlaşdırılacağı da istisna olunmur. Oyun “Slaviya”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.