Məşhur “Game of Thrones” serialında Sansa Stark obrazını canlandıran Sophie Turner “Just Jared Spotlight” jurnalına müsahibə verib.
“Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, 20 yaşlı aktrisa müsahibəsində həm serial, həm də şəxsi həyatı barədə danışıb.
“Serial çəkilişlərində ancaq öz ssenarimi oxuyuram. Mən “Game of Thrones” izləyirəm, başqasının növbəti seriyada nə edəcəyini bilmək istəmirəm. Qoy mən də seriala həyəcanla baxım. Sansa obrazını serialda ailəsi öldürülür. Onun intiqam almağını istəyirəm. Ancaq sonra özüm-özümə deyirəm ki, elə bu obraz ölsə yaxşıdır. İstəyirəm ki, serialda qəhrəman təmtəraqlı şəkildə öldürülsün”,-deyə aktrisa bildirib.
S. Turner atlara qarşı allergiyasının olduğunu söyləyib:
“Atlara qarşı allergiyam var. Bu səhnələri çəkən zaman allergiya əleyhinə həblər qəbul edirəm. Həb qəbul edəndən sonra dəhşət yuxum gəlir. Əslində, bu səhnələrdə ayaqüstü yatıram”.
Gənc aktrisa müğənni Justin Bieberin pərəstişkarı olduğunu vurğulayıb:
“Qarşısında tutulub qaldığım tək bir şəxs var. O da Justin Bieberdir. Onunla heç tanış olmamışıq. Bir dəfə rastlaşdıq və mən titrəməyə başladım. Dostumla yaxınlaşıb “Aman Allah, bu Justindir” dedim. Sonra müğənni üzünü çevirib getdi. Yəqin ki, “Bu dəli kimdir?”, deyərək məndən uzaqlaşıb”.
http://s019.radikal.ru/i638/1605/94/428ecc1cf07f.jpg
http://s019.radikal.ru/i600/1605/e1/73c6c1663a13.jpg
http://s61.radikal.ru/i174/1605/2e/a2462e804f03.jpg
http://s008.radikal.ru/i303/1605/fb/ecb37f5ea0c8.jpg
http://s019.radikal.ru/i618/1605/2e/2177b32f183b.jpg