ABŞ hakimiyyəti hesab edir ki, Türkiyə baş naziri Əhməd Davudoğlunun istefası İŞİD-lə mübarizəyə təsir etməyəcək.
ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi Coş Ernest bildirib.
“Biz müttəfiqimizlə İŞİD-i zəiflətmək və nəticədə məhv etmək üçün effektiv əməkdaşlıq edirik. Lakin bu əməkdaşlıq bizə hakimiyyətin konstitusiyada vurğulanan universal demokratik dəyərlərə necə riayət etdiyinə dair narahatlığımızı və ya etirazımızı bildirməyə əngəl törətmir”, – deyə Ernest bildirib.
O həmçinin qeyd edib ki, Davudoğlu ABŞ-ın yaxşı tərəfdaşı olub.