Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli Stokholmda Rusiyanın müsabiqədəki təmsilçisi Sergey Lazarevlə görüntülənib.
Virtualaz.org xəbər verir ki, İsveç paytaxtında keçiriləcək müsabiqəyə bir neçə gün qalmış Lazarev boş vaxtlarını 21 yaşlı azərbaycanlı müğənni ilə keçirir. Rusiya saytlarının yazdığına görə Səmra Rəhimli 33 yaşlıLazarevin çoxdankı pərəstişkarıdır. Rusiyalı müğənninin You Are The Only One mahınıs Səmranın xüsusilə xoşuna gəlir. Lazarev həmin mahınını müsabiqədə ifa edəcək.
Belə məlum olur ki, musiqi Rəhimlini və Lazarevi birləşdirən yeganə amil deyil. Onların hər ikisi heyvanları da sevir və fotoları ilə bunu təsdiqləyirlər. İsveçin paytaxtında gəzərkən onlar öz itlərini də yanlarında götürüblər.