Aktyor Nejat İşler əyləncə mərkəzlərindən birində dostları ilə görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecə məkandan ayrılarkən N.İşlerin tez-tez siqaret çəkməsi diqqət çəkib. O, jurnalistlərdən yayınaraq sürücüsünə “tez, tez sür getsin” deyərək avtomobilinə oturub.
Qeyd edək ki, onun siqaret çəkməsi sosial mediada fanatları tərəfindən birmənalı qarşılanmayıb. Çünki bir müddət əvvəl ağır xəstəlikdən müalicə olunan Nejatın barmaqlarında çürümə olduğu üçün cərrahiyyə əməliyyatı keçirmişdi. Bundan sonra isə ona siqaret çəkmək və spirtli içki içmək qadağan edilmişdi.