Hazırda cəbhədə vəziyyət sabitdir.
Trend-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında hazırda Ağdamda olan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Hazırda cəbhədə vəziyyat sabitdir. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir”, – V.Dərgahlı bildirib.