Məlum olduğu kimi, dünyanın əksər ölkələrində tütün məhsullarının reklamı qadağandır. Hətta siqaret qutularının üzərində “Səhiyyə Nazirliyi xəbərdarlıq edir: siqaret çəkmək sizin sağlamlığınıza ziyandır”, “Siqaret öldürür” kimi anti-reklam məzmunlu mətnlər yerləşdirilməsi illərdir ki, məcburidir.
Heç demə, qadağan olunan məhsullar təkcə tütün məmulatları ilə yekunlaşmır. Dünya yeni bir trendə uyub. Ayrı-ayrı ölkələrdə bəzi qida məhsullarını zərərli hesab edir, onlara yüksək vergi tətbiq edir, eləcə də məhsulların üzərində özünüantireklam mətnləri yerləşdirilməsini vacib sayırlar.
Məsələn:
* Meksika şəkərli içkilərə 10 faizlik əlavə vergi tətbiq edir;
* Macarıstanda tərkibində piy, duz, şəkər olan qida məhsullarına görə xüsusi vergi tutulur;
* Fransa 2012-ci ildən bəri “şəkərli içkilər”ə görə əlavə vergi tutur;
* Çilidə 2013-cü ildən bəri məhsulların qablarının üzərində piy, şəkər və duzun miqdarı haqqında xəbərdarlıqedici mətn yerləşdirilməsi haqqında qanun layihəsi qəbul edilib. Qanuna görə, mətnin həcmi qutunun ümumi həcminin 20 faizindən az olmamalıdır;
* Keniyada 2012-ci ildən etibarən “Alkoqol üzərində nəzarət haqqında” qanun layihəsi qüvvədədir. Həmin qanuna görə, spirtli içkinin insan orqanizminə zərərli olmasına dair xəbərdarlıqedici mətn yerləşdirilməlidir və bu, həmin məhsulun qabının (qutusunun) ümumi sahəsinin 30 faizindən az olmamalıdır;
* Avstraliya azalkoqoluu qazlı içkilərə tətbiq edilən vergini 70 faiz artırıb;
* Tailandda spirtli içkilərin şüşəsinin həcminin 30-50 faizi qədər sahəsində içkinin zərəri haqqında mətn yerləşdirməyi məqsəduyğun sayılıb.
Beləliklə, tütün məhsulları ilə başlayan özünüantireklam stixiyası getdikcə daha çox məhsulları əhatə edə-edə bütün dünyaya yayılır.
Tütün, alkoqol və qida məhsulları istehsal edən nəhəng şirkətlər bunu “domino effekti” adlandırır, iqtisadiyyata zərbə hesab edirlər.
Musavat.com