“Survivor”da iştirakından sonra gündəmə yenidən gələn müğənni Yılmaz Morgül Acun İlıcalının daha bir layihəsində yer alacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, TV8-də yayımlanan “Rising Star” yarışmasında münsiflər kürsüsündə yer alacaq.
Qeyd edək ki, proqramın keçən ilki münsifləri Mustafa Sandal, Gülben Ergen və Demet Akalın idi.