d9db6f2d-9e80-42a3-bd5e-ec3651a2ac7c_292

Aprelin 2-dən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gedən döyüşlər zamanı düşmən tərəfi çoxlu sayda canlı qüvvəsini itirib.

“Report” Ermənistan dövlət televiziyasına istinadən xəbər verir ki, qarşı tərəfin yaydığı bəyanata görə, erməni silahlı dəstələri Azərbaycan Ordusu ilə toqquşmalar zamanı 20 hərbçisini itirib, daha 70 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, döyüşlər zamanı 26 erməni hərbi qulluqçusu itkin düşüb, 7 erməni tankı vurulub, şimal-şərq istiqamətində 3, cənub-şərq istiqamətində isə 5 post itirilib.

Qeyd edək ki, bu bəyanatdan sonra Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, döyüşlər zamanı orduya köməyə gələn könüllülərin avtobusu raket atəşinə tuş gəlib, 7 nəfər ölüb.