Bu gecə Çinin Tayvan bölgəsində 6,4 bal gücündə zəlzələ olub. İlkin məlumaltlara görə azı 6 nəfər həlak olub, 380 nəfər isə xəstəxanaya yerləşdirilib.
Zəlzələ bütün adada hiss olunub. Ən böyük zərər isə adanın cənubunda Tayan şəhərinə dəyib.
Şəhərdə 8 bina tamamilə yerlə yeksan olub, daha 5 bina isə qismən dağılıb. İçərisində 256 nəfərin qeydiyyatda olduğu 17 mərtəbəli yaşayış kompleksi isə börü üstə aşıb. Xilasedicilər onlardan 225-ni çıxara bilib. Hökumət binada neçə nəfər olduğunu tam dəqiq deyə bilmir. Çünki yeraltı təkanlar ay təqvimi ilə yeni il ərəfəsinlə baş verib. Yerli sakinlər bu tarixdə bir-birlərinə qonaq gedirlər.
Yanğın söndürən briqadalardan əlavə xilasetmə işlərinə hərbçilər də cəlb olunub.