Bu gün səhər saatlarından Bakının Sabunçu rayonu, Nardaran istiqamətinə gedən hərbi texnikaların görüntüləri yayılıb. BAKU.WS həmin görüntüləri təqdim edir:
***10.27
Bu gün səhər saatlarından Bakının Sabunçu rayonunda hüquq-mühafizə orqanları Nardaran istiqamətinə gedən əraziləri bağlayıb.
Hazırda Nardaran qəsəbəsinə giriş-çıxışa məhudiyyət qoyulub. Kənd sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, kəndin girişində postlar qurulub. Kəndə gələnlərin və çıxanların şəxsiyyət vəsiqələri yoxlanılır. Kimin üstündə şəxsiyyət vəsiqəsi olmasa onun kəndə girişinə və çıxışına icazə verilmir. Kənddə aksiyanın olmadığı bildirilir. Hazırda da sakitlik hökm sürür.
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, Nardaran qəsəbəsinə giriş-çıxışda post-patrul xidmətinin əməkdaşları növbə çəkir. Kəndə giriş-çıxışa məhdudiyyət qoyulub. Yollarda çoxlu sayda polis əməkdaşları və zirehli texnikaların olduğu bildirilir.
Eyni zamanda bildirilir ki, əraziyə Daxili Qoşunların əsgərləri də cəlb olunub.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon Polis İdarəsilə əlaqə saxladıq. İdarədən BAKU.WS-ə bildirdilər ki, ərazidə dövlət əhəmiyyətli tədbir keçirilir. Bu səbəbdən də, Nardaran istiqamətində təhlükəsizliyin təmin edilməsi məqsədilə polis gücləndirilmiş iş rejiminə keçib.