Səddam Hüseynin arvadı Sacidə Xayrullah 71 yaşında dünyasını dəyişib.
Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, o, sürgündə olduğu İordinayada həyatını itirib.
Yerli mətbuatda Sacidə Xayrullahın İordaniyadakı xəstəxanaların birində öldüyü bildirilir. Onun ölüm səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-ın Səddam Hüseyni axtardığı zamanlarda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Səddamın yerini arvadı Sacidə ilə telefon danışığı nəticəsində müəyyən etmişdi.