Bu gün Neftçala rayonunda baş vermiş bədbəxt hadisə bir nəfərin həyatına son qoyub.
Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, faciəvi hadisə bu gün saat 13 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndindəki avtoyuma məntəqəsində baş verib.
Kənd sakinlərinin verdiyi məlumata görə, həmin məntəqədə yuyucu işləyən 18 yaşlı Təhmin Yaquboğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. 18 yaşlı gənc elə hadisə yerindəcə dünyasını dəyişib.
Neftçala Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə yollanıblar.