Müğənni Niran Ünsal “Ölkə TV”də yayımlanan “Söz bitmədən” verilişinə qonaq olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşündən danışıb.
“Musiqi üçün, sənət üçün soyunma” adlı kampaniyaya başlayan Ünsal bu mövzuda prezident Ərdoğanın onu dəstəklədiyini vurğulayıb.
“Ərdoğana heyranam, mənə doğru yolu göstərdi”-, deyə bildirib.