Azərbaycanlı DJ Malvin Saar amerikalı ifaçı Nathan Brumley birgə “Rhythm of Shadows” trekini ərsəyə gətiriblər. Lent.az-ın məlumatına görə, onlar bəstəyə 4K keyfiyyətində klip də çəkdiriblər. Çəkilişlər İsmayıllıda və bu rayonun İvanovka kəndində aparılıb.
Xatırladaq ki, ekran işi “Ronin Agency”-nin istehsalıdır. Prodüseri Abbas Səlimbəyov, rejissoru isə Kamran Aydınovdur.
Qeyd edək ki, Malvin Saarın trekləri “Beatport” “Top-100″ə də düşüb.