Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağdakı separatçı qüvvələrin komandanı general Movses Akopyanı Ermənistan SQ Baş Qərargahının rəis müavini təyin edib.
“Turan” bildirir ki, bu postu tutan general Levon Mnatsakanyan isə Akopyanın yerinə təyin edilib.
Xatırladaq ki, 2012-ci ilin oktyabrına qədər Mnatsakanyan Dağlıq Qarabağdakı separatçı qüvvələrin komandan müavini olub.