46994_2l6bfuy6jd

Məşhur italyan aktrisası Ornella Muti Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda sosial şəbəkədə yazıb. O, Bakıda çəkdiyi fotoları paylaşaraq “Bakı gecələri” sözünü yazıb.

Ornella eyni zamanda Azərbaycana səyahət etməyi çox sevdiyini vurğulayıb.

Qeyd edək ki, bu Mutinin paytaxtımıza ilk səfəri deyil. O, 2013-cü ildə “Crystal Hall”da “San-Remo festivalının ulduzları Bakıda” tədbirinin aparıcısı olub.