Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Böyükşor gölü ətrafında salınan bulvar və parkın açılışında olub. Və beləliklə, Böyükşor gölünün kompleks bərpasının birinci mərhələsi başa çatıb.
AzNews.az xəbər verir ki, həmin istirahət zonasının salınmasına bir ildən çox vaxt sərf edilib. Bütün bu proses əvvəldən sonadək ərazidə yerləşdirilən video kameralarla qeydə alınıb.
Həmin video görüntülər montaj edilərək 1 dəqiqəlik vaxta sığışdırılıb.
Aşağıda sizə təqdim etdiyimiz videoda gölün sahilində görülən bütün işlərin video ardıcıllığını izləyə bilərsiniz.
İnanırıq ki, bir zamanlar ekoloji fəlakət zonası hesab edilən Böyükşor gölü artıq çox saylı turistlərin, idmançıların, qonaqların istirahət məkanı olacaq.