İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovla görüşüb.
Bu barədə AzVision.az-a Elçin Behbudov özü məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, Rəşad Məmmədov dələduzluq maddəsi ilə həbs edilib.
`İstintaq təcridxanasında Rəşad Məmmədovla da görüşdüm. O dələduzluq maddəsi ilə ittiham olunaraq MTN tərəfindən həbs olunub. Bundan əlavə vəkillə də təmin olunub. Rəşad Məmmədov saxlanma şəraitindən narazı deyil. Şikayəti də yoxdur. İstintaq gedir. O, istintaqın gedişatından narazı olmadığını söyləyib`.
E.Behbudovun sözlərinə görə, R.Məmmədov görüşdə erməni olması ilə bağlı yayılan iddialara da aydınlıq gətirib: `O, eməni olmadığını və bu məlumatların ağ yalan olduğunu söylədi. Rəşad Məmmədov ermənilərlə heç bir qohumluq əlaqələrinin olmadığını da dedi`.