Erməni qəzeti “Aqos”a verdiyi müsahibə ilə qalmaqala səbəb olan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ötən gün Bakıya gəlib.
AzVision.az-ın məlumatına görə, aktrisanın səfərində məqsəd “Son məktub” filminin qala gecəsinə qatılmaq olub.
Azərbaycanla bağlı təəssüratlarını bölüşən aktrisa göz yaşlarına hakim ola bilməyib:
“Mən Azərbaycanı çox sevirəm, bütün qohumlarım burada yaşayır. Türkiyədə təkcə anam yaşayır. 11 yaşımdan burdan getmişəm. Qohumlarım da filmi izləməyə gəlib. Filmdəki rolumu yaxşı oynadığıma inanıram. Ağlamağıma səbəb çox həyəcanlı olmağımdır”.
http://s014.radikal.ru/i329/1504/52/6c4f42b54eab.jpg
http://s61.radikal.ru/i171/1504/7e/0d6be6e14e96.jpg
http://s018.radikal.ru/i528/1504/dc/6ee1bb1f8265.jpg
http://s017.radikal.ru/i421/1504/12/0f5a5b9d0ff5.jpg
http://s018.radikal.ru/i528/1504/4a/fff63d40f371.jpg