bilal erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 2 universitet yaradır.

Lent.az-ın sözcü.com.tr saytına istinadən məlumatına görə, Türkiyə parlamenti bu barədə qanunu təsdiqləyib.

Bilal Ərdoğanın rəhbərliyi etdiyi qeyri-hökumət təşkilatları İbn-i Haldun və İstinye adlanan iki universitet quracaq. Hər iki universitetdə humanitar fakültələrin üstünlük təşkil edəcəyi bildirilir.

Universitetlər yaradıldıqdan sonra prezident Ərdoğan tərəfindən hər iki ali təhsil ocağına rektorlar təyin ediləcək.