Tanınmış müğənni, məşhur biznesmen Emin Ağalarov Rusiyanın “Woman.ru” saytına müsahibə verib.
Müsahibədə Emin şəxsi həyatı, övladları, sənəti və biznesi haqda danışıb.
AzVision.az xəbər verir ki, jurnalistin `yenə övladınızın olmasını istəyirsiniz?`sualını Emin belə cavablandırıb:
“Mənim bu yaxınlarda hərfi mənada 100 illik yubliyinə bir həftə qalmış nənəm dünyadan köçdü. Hələ uşaqlıq illərindən mən ən azı 5 uşağımın olmasını istəyirəm. Hələki mənim iki övladım var. Ümid edirəm yenə olacaq. Bu anlamda kişilər üçün daha asandır. Mən yenə də gözləyə bilərəm. Çünki mənim hələ 35 yaşım var. Ümid edirəm ki, mənim daha üç övladımı böyütmək və tərbiyə etmək imkanım olacaq”.
– Uşalqarınızla görüşəndə müğənni və biznesmen olmağı dayandırırsınız?
– Uşaqlar üçün mən adi atayam. Oğlanlarımla olduğum zaman mən biznesi nəzarətdə saxlamaq üçün özümlə noutbuk və bir neçə telefon götürmürəm. Lakin eyni zamanda mesajları oxumağı və elektron poçtu yoxlamağı da unutmuram. Əgər mən uşaqlarımla görüşürəmsə onda bir-birimizdən ayrılımırıq. Lakin bəzən onlarla görüşdə ağlını da itirə bilərsən (gülür) .