Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılıb.
ANS PRESS-in məlumatına görə, İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası sayca 4-cü iclasdır.
ANS TV-nin Ankaraya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, strateji əməkdaşlıq şurasının iclasında xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxilə etməsi müzakirə olunacaq.
Qeyd edək ki, görüşlərdə şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı da müzakirə olunacaq. Görüşdə iki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi də aparılacaq.
Prezidentlərin birgə mətbuat konfransı keçirəcəyi də planlaşdırılıb.