Sərhədyanı erməni kəndləri boşalır. Son vaxtlar ermənilər öz hərbçilərinin səriştəsizliyinin dəfələrlə şahidi olublar.Onlar bilir ki, Ermənistan ordusu atdığı hər güllənin ağır cavabına artıq öyrəşib. Bu şəraitdə yaşamağa alışmaq isə hər halda çətindir. Burada daha çox müşahidə aparan hərbçilərimiz deyir ki, son vaxtlar bu erməni kəndlərində adam azalır. Bir sözlə, ordusuna güvənməyən əhali köçür.
Bizim kənd olan Qazaxın Quşçu Ayrım kəndi həyat əvvəlki kimi davam edir. Buranı ötən gün yenə erməni silahlıları iri çaplı silahlardan atəşə tutub. Evlərin damı zədələnib. Sakinlər deyir ki, belə ziyanlar heç vaxt onları məyus eləmir. Çünki əmindilər ki, evlərinə dəyən hər bir ziyanın azı 10 qatı elə həmin an düşmənə yaşadılır. Bu rahatlığın, arxayınçılığın isə əsas səbəbi Azərbaycan əsgəridir.