Almaniya kansleri Angela Merkel, ölkə prezidenti Yoaxim Qauk və digər rəsmilər ötən axşam Almaniyanın paytaxtı Berlində müsəlman icmalarının islamofobiyaya qarşı təşkil etdikləri aksiyaya qatılıb.
Bu barədə AzVision.az Rusiya KİV-nəm istinadən xəbər verir.
Brandenburq qapıları yaxınlığında yerləşən aksiyaçılar Parisdə baş verən terror aktı zamanı ölən şəxslərin xatirəsini yad edib və ölkədə dini dözümlülük və birliyə çağırıblar. Aksiya zamanı imam insanın öldürülməsini pisləyən Quran ailələrini oxuyub.
Aksiyada on mindən çox insanın iştirak etdiyi bildirilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.