Son üç gün ərzində Milan “İnter”inin baş məşqçisi Roberto Mançini başına topla iki zərbə alıb.
ANS PRESS-in məlumatına görə, komandanın son məşqində serb yarımmüdafiəçi Zdravko Kuzmanoviç vurduğu top mütəxəssisin başına dəyib.
Xatırladaq ki, İtalya Seriyasının 18-ci turunun “İnter” – “Cenoa” (3:1) matçında “İnter”in müdafiəçisi Marko Andreollinin oyun epizodlarından birində Roberto Mançinin başına topla vürmuşdu.