5 yaşlı Nuray Əhmədovaya beyin iflici diaqnozu qoyulub.
Musavat.com-a müraciət edən 5 yaşlı uşağın nənəsi Gülbəs Abbasova bildirib ki, uşağın müalicəsi Ukrayna, Rusiya və Türkiyədə mümkündür. Bu müalicələr isə olduqca baha olduğu üçün ailənin buna imkanı yoxdur.
“Ukrayna və Rusiyada bərpa mərkəzləri var. Bu mərkəzlərdə iflicin müalicəsi mümkündür. Bu xəstəliyin müalicəsi Türkiyədə də mümkündür amma daha bahalıdır. Uşağı 2-3 aydan bir müalicəyə aparmaq lazımdır. Bunun üçün də hər dəfə 5-6 min manata ehtiyac var. Nurayın anası da onkoloji xəstədir. Uşağı müalicə etdirməyə ailənin imkanı yoxdur. İmkanlı, xeyirxah insanlara müraciət edərək kömək istəyirəm”-Gülbəs xanım deyib.