Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva rol aldığı “Kod adı K.O.Z.” filmindən danışıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, ekran işində Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) agenti Zeynəb obrazını canlandıran model çətin olsa da, işinin öhdəsindən gəldiyini bildirib:
“Çox inandığım bir layihədə çətin rolu canlandırdım. İlk dəfə silahla kamera qarşısına keçdim. Sevdiyim insana silah tuşladığım səhnədə isə çox çətinlik çəkdim”.
Qeyd edək ki, ekran işində G.Musayevanın həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel də rol alıb. Film fevralın 13-də Türkiyədə təqdim olunacaq. Martda isə Bakıda qala gecəsi keçiriləcək.