“Bozun 50 çaları” filminin yaradıcıları premyeraya olan marağı daha da artırmağa çalışırlar.
Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, “Qızıl Qlobus” mükafatlandırma mərasimində filmin yeni treyleri təqdim olunub.
Filmin baş rol ifaçıları Ceymi Dornan və Dakota Conson da mükafatlandırma gecəsində qonaqlar arasında olublar.
Erika Mitçelin romanı əsasında çəkilən filmə kəskin maraqla yanaşı tənqidlər də var. Dornan filmdə qadınlara qarşı heç bir ayrıseçkliyin olmadığını bildirərək, qadın tənqidçiləri premyeranı gözləməyə çağırıb.
Erotik dramın diqqət mərkəzində olan aktrisa Dakota Conson bir müddət bu filmin onun üçün böyük uğursuzluq ola biləcəyindən qorxduğunu etiraf etmişdi.
Qeyd edək ki, o filmdə tamamilə çılpaq səhnələrdən imtina edib.
Film Berlin kinofestivalının açılışında tam nümayiş olunacaq.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.