Yanvarın 12-də Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, qəzada ölən şəxs Xəzər Universitetinin II kurs tələbəsi Anar Rüstəmov olub.
O da məlum olub ki, 19 yaşlı gənc avtomobili yüksək sürətlə idarə edərkən idarəetməni itirib və işıq dirəyinə çırpılıb.