img1721423

“O səs Türkiyə” müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində Rusiyadan qatılan həmyerlimiz Məltəm Ababsova türkiyəli iştirakçı Nesil Ayanla mübarizə aparıb.

Ebru Gündeşin komandasında çıxış edən duel iştirakçıları Ceyms Braunun repertuarından məşhur “I feel good” mahnısını ifa edib.

Münsiflər və tamaşaçılar onların çıxışını çox bəyəniblər.

Sonda seçim edən Ebru Gündeş qrupda yolunu Məltəmlə davam etdirmək istədiyini söyləyib.

Xatırladaq ki, Məltəm Abbasova “O səs Türkiyə” müsabiqəsinə “Listen” adlı mahnı ilə qatılmış və münsiflər tərəfindən bəyənildikdən sonra Ebru gündeşin komandasında iştirakını davam etdirmişdir.