Türkiyəli aktyor Nejat İşlər qatıldığı müzakirə proqramında özü ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanla qohum olması xəbərlərini şayiə adlandıran aktyor “Onun rolunu oynayardınız” sualına belə cavab verib:
“Əlbəttə. Əgər hökumət tərəfindən sifariş olunmuş iş deyilsə və ssenari yaxşı olarsa, o rolda çəkilərəm. Mənim işim budur. Həm də, Türkiyədə bu mövzuda çəkilə biləcək ən yaxşı aktyor elə mənəm”.
N.İşler öz həyatı ilə də bağlı maraqlı açıqlamalar verib:
“Həmişə istəmişəm ki, evim olmasın, küçədə yaşayım. Sevgilim və ailəmlə mülkiyyət əldə etmək üçün münasibətim yoxdur. Mülk xoşuma gələn bir şey deyil. Bodrumda bir evim var, vəssalam. Başqa heç nəyim yoxdur, bundan sonra da olmayacaq”.
http://s017.radikal.ru/i410/1501/f6/28cbdaa24b61.jpg
http://s017.radikal.ru/i420/1501/c7/f41990e40137.jpg
http://s017.radikal.ru/i404/1501/3d/b34f41675794.jpg
http://s61.radikal.ru/i174/1501/27/4f1046716ecb.jpg
http://s017.radikal.ru/i420/1501/b8/f483f99b65af.jpg