Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva aktrisa Sinem Kobal və Arda Turan ayrılığına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, “Maqazin D”yə müsahibə verən model ayrılıqla bağlı bunları deyib:
“Əgər qarşı tərəf hörmətsizlik edirsə, geri dönmək olmaz. Ayrılırsansa, bir münasibət bitirsə, qayıtmaq düzgün deyil. Çünki ayrılıb-barışırsa, bu, yenidən təkrarlanacaq. Yenə barışacaqsan, təkrar ayrılacaqsan”.
Daha sonra oğlu Cahangirlə kamera qarşısına keçən G.Musayeva onunla qar topu oynayıb.