Pakistan polisinin yaydığı məlumata görə, ötən gecə Kəraçi şəhərinə gedən sərnişin avtobusu yanacaq daşıyan maşınla toqquşub.
Məlumatda deyilir ki, hər iki maşın aşaraq yanıb. Qəza nəticəsində azı 47 adam həlak olub və 10-dan artıq sərnişin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həlak olanların içərisində qadın və uşaqların da olduğu bildirilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.