“Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kruştianu Ronaldu “Qızıl top”un təqdim olunması mərasiminə şəxsi təyyarəsi ilə gedəcək. Onu ailəsi, sevgilisi İrina Şeyk, agenti Jorje Mendeş, “Real”ın baş məşqçisi Karlo Ançelotti müşayiət edəcək. Musavat.com xəbər verir ki, məlumatı AS yayıb.
Mükafata digər namizədlər “Barselona”nın hücumçusu Lionel Messi, “Bavariya”nın qapıçısı Manuel Noyerdir.
Təqdimat mərasimi yanvarın 12-də Sürixdə keçiriləcək.