Bakıda ana və onun iki övladı dəm qazından zəhərlənib.
Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib. Hadisə Xəzər rayonun Südçülük sovxozunda baş verib.
Zəhərlənənlər 1972-ci il təvəllüdlü Gülmirə Məmmədova, onun övladları – 21 yaşlı Dərya Məmmədova və 20 yaşlı Toğrul Məmmədovdur.
Onların hər üçü ölüb.
Məlumata görə, iki gün sonra D.Məmmədovanın nişan mərasimi olacaqmış.
Faktla bağlı araşdırma aparılır.