Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) 2015-ci ildə keçiriləcək parlament seçkilərində istifadə edəcəyi kampaniya mahnısı bəlli olub.
“Qafqazinfo” hurriyet.com-a istinadən xəbər verir ki, bu gün Konyada keçirilən AKP Konqresində Ayna qrupunun ifa etdiyi yeni seçki mahnısı ilk dəfə səsləndirilib. Məşhur xalq ozanı Koroğluna aid olan və yaxın dövrdə xalq ozanı Murat Çobanoğlu tərəfindən səsləndirilən “Giziroğlu” mahnısını Ayna qrupu, baş nazir Davudoğlu üçün uyğunlaşdıraraq ilin yekunları ilə bağlı konqresdə səsləndirib.